Belçikanın paytaxtı Brüsseldə NATO-nun Baş Qərargah rəisləri bir araya gəlib.
Newscenter.az Türkiyənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, Brüsseldəki NATO qərargahında baş tutan toplantıda Türkiyəni Baş Qərargah rəisi, ordu generalı Metin Gürak təmsil edir.
İclasda NATO-nun müdafiə qabiliyyətinin artırılması və bu istiqamətdə mümkün planlar müzakirə edilib. İclasda həmçinin, Rusiya-Ukrayna müharibəsində son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi məsələsi də müzakirə olunub.
İclasda NATO-ya üzv ölkəllərin müdafiə nazirlərinin gələn ay nəzərdə tutulan görüşü, eləcə də bu il keçiriləcək hərbi təlimlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mehman Mehdiyev