Ermənistanda revanşist əhval-ruhiyyə getdikcə artır.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, keçmiş xarici işlər naziri Vardan Oskanyan da revanşist fikirlər səsləndirib. Sabiq XİN rəhbəri deyib ki, indiki sabitlik müvəqqətidir və belə sabitlik uzun müddət davam edə bilməz:
"Belə “sabitlik” daimi ola bilməz. Erməni xalqının bir hissəsi öz yurd-yuvasından zorla didərgin salındıqda, Ermənistanın qarşısına yeni itkilər təhlükəsi yaradan “sülh” təklifi qoyulduqda regionda davamlı sülhün bərqərar olması mümkün deyil".
Oskanyan iddia edib ki, qondarma Artsax xalqının hüquqlarının bərpasını ehtiva edən problemin yalnız balanslaşdırılmış həlli regiona davamlı və sabit sülh gətirə bilər.
Anar Əliyev