"Əgər Rusiyanın Qərb ölkələrindəki aktivlərinə həbs qoyulsa, o halda Rusiya da eyni şəkildə cavab verəcək".
Newscenter.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bizim aktivlərimizin müsadirə edilməsi ideyası indi konkret formalar almağa başlayıb. Baxmayaraq ki, Qərb qrupu hələ də bu ideyanı həyata keçirməyib. Lakin bu təhdidlər reallaşarsa, biz təbii ki, simmetrik reaksiya da daxil olmaqla tədbirlər görəcəyik. Amma indi onları açıqlamağa ehtiyac yoxdur",-deyə Ryabkov bildirib.
Mehman Mehdiyev