Ruslar keçən il daha çox Ermənistanda biznes qurmağa maraqlı olublar.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, 2023-cü ildə Ermənistan Rusiya vətəndaşlarının biznes qurduğu ilk üç ölkə sırasında yer alıb.
Qeyd edilən dövrdə rusların Ermənistanda açdıqları şirkətlərin sayı 3400 ədəd olub. Bundan başqa keçən il 2000-ə yaxın fərdi sahibkar Ermənistanda biznes fəaliyyəti ilə məşğul olub.
Sayt yazır ki, buna rəğmən rus sahibkarların sayında 2022-ci ilə nisbıətən keçən il azalma qeydə alınıb. Bildirilib ki, 2022-ci ilin Rusiya vətəndaşlarının Ermənistanda açdıqları şirkət sayı 7328 olub. Bu dövrdə fərdi sahibkarların sayı isə 4983 nəfər təşkil edib.
Sona