Seçki Məcəlləsinə dəyişiklik edilir.
Newscenter.az-ın xəbərinə görə, dəyişikliklə məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.
Dəyişiklik layihəsi Azərbaycan Prezidentinin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Belə ki, həmin bənddə qanunların və Azərbaycan Prezidentinin aktlarının “Media haqqında” qanuna uyğunlaşdırılması tapşırılıb.
Beləliklə, dəyişikliklər təklif olunan qanunların “Media haqqında” qanuna uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.(report)