Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhəddən boylanmaqla nə Azərbaycan, nə də Rusiya üçün problem yaradırlar

Sərhəddən boylanmaqla nə Azərbaycan, nə də Rusiya üçün problem yaradırlar


"Avropa İttifaqının Ermənistana 1500 mülki patrul xidməti göndərməsinin Ermənistana nə verə biləcəyi məsələsinin mahiyyətini açır. Əslində bu gün Rusiya qarşısında aciz durumda qalan Avropanın bu missiyası Ermənistan üçün təsəllidən başqa bir şey deyildir. Bunlar sərhəddən boylanmaqla nə Azərbaycan, nə də qeyd edildiyi kimi Rusiya üçün problem yaradırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, onlar öz ağıllarınca, sərhəd adı ilə ərazidən kəşfiyyat məlumatları toplayacaqlar:

"Guya Azərbaycanın Ermənistana gözlənilən hücumunun qarşısını alacaqlar kimi mənasız işlərlə məşğul olacaqlarmış. Əvvəla Azərbaycanın belə bir fikri yoxdur. Azərbaycan özünün torpaqlarını işğaldan azad edib, suverenliyini bərpa edib. Ermənistana təzyiq üçün bizim daha effektli yollarımız var. Avropa İttifaqı missiyası sadəcə Azərbaycan-Türkiyə birliyi qarşısında Ermənistanı tək qoymaq istəmir".

Azər Qasımov deyib ki, Rusiyaya İrəvan üzərindən yaxınlaşmaq istəyən Avropa İttifaqı deməli bu durumda Ermənistanı dövlət kimi gözdən çıxarıb:

"Ukrayna göz önündədir. Hesab edirəm ki, bu, sadəcə əlacsızlıqdan atılan addımdır. Heç bir mənası və əhəmiyyəti olmayan işdir".

Süleyman
Xəbəri paylaş