Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda yanan yataqxana tipli bina qazlaşmayıb -"AZƏRİQAZ"

Sumqayıtda yanan yataqxana tipli bina qazlaşmayıb


Sumqayıt şəhərində kollecin yataqxanasında baş verən yanğınla əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev verib. Qurum sözçüsü onu da xatırladıb ki, yanan yataqxana tipli bina qazla təmin olunmayıb:

"Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbini hüquq mühafizə orqanlarının istintaqından sonra hamımız biləcəyik",-deyə Eldəniz Vəliyev bildirib.

Süleyman
Xəbəri paylaş