Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində süni intelektdən istifadə zamanı diqqətli olmağı tövsiyə edib.
Newscenter.az Haber Globala istinadən bildirir ki, ÜST verdiyi açıqlamada səhiyyə sahəsində ChatGPT kimi tətbiqlərdən istifadədə zamanı hər kəsi diqqətli olmağa çağırıb. Təşkilat hesab edir ki, bu tip tətbiqlər xəstəliklərin diaqnozu kimi sahələrdə fayda təmin etsə də, müxtəlif risklər də yaradır.
Bu baxımdan ÜST səhiyyə sahəsində süni intellekt tətbiqlərinin istifadəsində diqqətli olmaq lazım olduğunu bildirib.
"ChatGPT və Google Bard kimi Böyük Dil Modellərindən (LLM) istifadə edərkən diqqətli olmaq lazımdır, çünki onlar yalnız qeyri-adekvat şəraitdə xəstəliyin diaqnozuna kömək etmir, həm də risklər daşıyır",-deyə ÜST bildirir.
Təşkilat hesab edir ki, sınaqdan keçirilməmiş sistemlərin sürətlə mənimsənilməsi səhvlərə səbəb ola və xəstələrə zərər verə bilər.
Sona