Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 partiyanın fəaliyyətinə son qoyuldu -SİYAHI

3 partiyanın fəaliyyətinə son qoyuldu


Türkiyədə 3 siyasi partiyanın mövcudluğuna son qoyulub.

Newscenter.az “Resmi Gazete”yə istinadən bildirir ki, bunlar Oyanış Partiyası, Türkiyə Həyat Partiyası və Yeni Yol Partiyasıdır. Partiyaların siyasi varlığına Konstitusiya Məhkəməsinin qərarı əsasında son qoyulub.

Qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib. Qərara əsasən, sözügedən partiyaların fəaliyyəti qurultay keçirə və təşkilatı orqanlarını yarada bilmədikləri üçün onların fəaliyyəti dayandırılıb.

Məhkəmə, 2820 saylı Siyasi Partiyalar Qanununa uyğun olaraq, sözügedən partiyaların bütün əmlaklarının xəzinəyə verilməsinə qərar verib.

Anar TAĞIYEV
Xəbəri paylaş