"Avropa İttifaqının mülki müdafiə missiyasının Ermənistan sərhədində yerləşən qüvvələrinin sayının daha 1500 nəfər artırılması heç də xoş məqsədlərdən xəbər vermir. Burada əsas məqsəd regionda yenidən gərginliyi artırmaq və Ermənistanı revanşizmə sürükləməkdir".
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, bütün bu oyunların ssenari müəllifi isə Fransadır:
Fransa Avropa İttifaqının fonunda Ermənistana müxtəlif formalarda dəstəyini davam etdirir. Təsadüfi deyil ki, Fransanın Aİ vasitəsilə qurduğu oyunlardan sonra Ermənistanda revanşizm meyilləri artıb. Fransa həm hərbi, həm də digər istiqamətlərdə dəstəyi ilə Ermənistanı açıq-aşkar müharibəyə hazırlayır".
Politoloqun sözlərinə görə, Paris bu addımı ilə İrəvanı uçuruma doğru aparır:
"Nə qədər gec deyil Ermənistan cəmiyyəti bu acı reallığı dərk etməli və Fransanın oyunlarına getməməlidir. Əks halda bu Ermənistan üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər".
Nərgiz Əzizova