Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin köməkçisi Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə F.Altun “X”də yazıb.

O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir:

“Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”.

Mehman Mehdiyev
Xəbəri paylaş