Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla qarşıdurma Fransaya baha başa gələ bilər

Azərbaycanla qarşıdurma Fransaya baha başa gələ bilər


Azərbaycan parlament komitəsinin fransız şirkətlərini ölkəni tərk etmək təklifi əslində həmin şirkətlərin Fransa hökumətinə təzyiq etməsi üçün atılan addımdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Total şirkəti də daxil bir çox şirkətlər Azərbaycanda investisiya yatırblar:

"Cənubi Qafqaz regionunda Fransa tərəfindən qoyulan investisiyaların 60% Azərbaycana edilib. Bu durumda həmin şirkətlər razı olmazlar ki, onlar burdakı sərmayələrini batırsınlar".

Azər Qasımov hesab edir ki, Azərbaycanla bu şəkildə ediləcək qarşıdurma Fransaya baha başa gələ bilər:

"Həm də heç bir dəyəri olmayan Ermənistan səbəbindən. Azərbaycan parlamenti Fransanı zəif yerindən yaxalayıb. Tezliklə Azərbaycandakı Fransa şirkətləri verilən mesajı alıb Fransa hökumətinə öz təzyiqlərini edəcəklər deyə düşünürəm".

Azər Qasımov hesab edir ki, bu gərginlik Ermənistandan başqa kimsəyə lazım deyil.

Süleyman
Xəbəri paylaş