Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Böyük Britaniya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin layihələr üzrə rəhbər və işçi qrupu ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə proqram meneceri Elin Karmişel, proqram menecerinin müavini Qvenet Barri, Böyük Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Katerina Kolbi, layihənin Şərq regionu üzrə portfel meneceri Liz Mayklimont, səfirliyin əməkdaşı Nuriyə Quliyeva, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin Şimali Avropa şöbəsinin müdiri Rövşən İsrafilov, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev, Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.
Xarici qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışının ilkin nəticələri, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri müzakirə edilib, əvvəlki illərdə məcburi köçkün qadınlar arasında keçirilmiş sorğular və onların nəticələri barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Süleyman