Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistləri Müdafiə Komitəsinin hesabatı qeyri-obyektivdir

Jurnalistləri Müdafiə Komitəsinin hesabatı qeyri-obyektivdir


“Hesab edirəm ki, bu qeyri-obyektiv hesabatdı, Azərbaycanda yetərincə media azadlığı var, vətəndaş jurnalistikası və sosial media inkişaf edib”.

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2023-cü illə bağlı hesabatını şərh edərkən səsləndirib. O bildirib ki, bu gün ölkəmizdə ən öndə gedən sahələrdən biri mediadır:

“Elə bir sahə yoxdur ki, ora media təsir etməsin. Medianın qaldırdığı bütün məsələlərə hökumət qurumları tərəfindən qısa zamanda reaksiya verilir. Hansısa pozuculuq fəaliyyəti ilə məşğul olan media subyektinə görə bütövlükdə ölkənin media azadlığına qiymət vermək doğru deyil. Məncə ən önəmli məsələ odur ki, vətəndaşların mediaya çıxışı asanlaşıb və mətbuat Azərbaycanda an aktiv fəaliyyət göstərən sahədir. Hökumət tərəfindən bunun üçün bütün lazımi zəruri şərait yaradılıbdır”.

Vüqar Əhmədovun sözlərinə görə, əgər media orqanları hətta xaricdən vəsait ala bilirsə burada hansı pisləşmədan danışmaq olar:

“Dövlət jurnalistlərə mənzil, mükafat və maliyyə ayırır. Jurnalistlər istədikləri məmuru tənqid edir. Heç olmasa digər azadlıqlar olmayan ölkələrlə müqayisə edib qiymət versinlər. İndi vətəndaş jurnalistikası öz inkişafına görə elə bir mərhələdədir ki, hər bir vətəndaş sosial media fenomeni sayılır və dövlət bunun üçün bütün lazımi infrastrukturu yaradıb”.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 2023-cü illə bağlı hesabatında Azərbaycanı media sahəsində vəziyyətin ağırlaşdığı ölkələr sırasında xarakterizə edib.

Anar Əliyev
Xəbəri paylaş