Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kartla ödənişlərin həcmi artıb

Kartla ödənişlərin həcmi artıb


Türkiyə istehlakçıları arasında nəğd ödənişə nisbətən kartla ödənişin miqdarı artmaqdadır.

Newscenter.az Banklararası Kart Mərkəzinə (BKM) istinadən bildirir ki, 2023-cü ilin dekabr ayında Türkiyədə kartla ödənişlərin miqdarı 978,3 milyard lirəyə çatıb.

Qeyd edilən müddətdə kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ödənişlərin ümumi məbləği əvvəlki ilin eyni dövrünə görə 116 faiz artıb.

Müvafiq olaraq, dekabr ayı etibarilə Türkiyədə kredit kartlarının sayı 117,7 milyon, debet kartlarının sayı 189,5 milyon, əvvəlcədən ödənişli kartların sayı isə 90,0 milyon ədəd olub. 2022-ci ilin dekabr ayı ilə müqayisədə kredit kartlarının sayında 18 faiz, debet kartlarının sayında 12 faiz, əvvəlcədən ödənilmiş kartların sayında isə 26 faiz artım qeydə alınıb.

Ümumilikdə kart ödənişlərinin 818,2 milyard lirəsi kredit kartları ilə edildiyi halda, 142,6 milyard lirəsi debet kartları, 17,5 milyard lirəsi isə qabaqcadan ödənişli kartlarla həyata keçirilib.

Natiq Orucov
Xəbəri paylaş