Keçən il Türkiyədə mənzil satışında azalma tendensiyası müşahidə edilib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, keçən il ölkədə təxminən 1,2 milyon ev satılıb ki, bu da 2022-ci illə müqayisədə 17,5 faiz az deməkdir.
Türkiyədə mənzil satışları təkcə nəğd şəkildə deyil, ipoteka şəklində satışlarda da azalıb. Belə ki, 2023-cü ilin yanvar-dekabr dövründə ipotekalı ev satışları 36,6 faiz azalaraq 177 min 748 ədəd, digər satış növləri isə 13 faiz azalaraq 1 milyon 48 min 178 ədəd olub. 2023-cü ildə ipoteka satışlarının payı 14,5 faiz, digər satışların payı isə 85,5 faiz təşkil edib.
Hər zaman olduğu kimi ev satışlarına görə, İstanbul ilk sırada yer alıb. Ondan sonrakı yerləri isə Ankara və İzmir tutub.
Sona