Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makronun yanlış siyasəti və böyük ambisiyaları

Makronun yanlış siyasəti və böyük ambisiyaları


“Fransa ilə Azərbaycanın əlaqələrinin pisləşməsini arzuolunun hesab etmirəm”.

Newscenter.az-ın
xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Əli Oruclu deyib ki, Fransa Makronun siyasəti ucbatından beynəlxalq aləmdə nüfuzuna və imicinə xeyli ziyan gəlsə də, dünyanın mədəni, siyasi və iqtisadi mərkəzlərindən biridir:

“Parislə Bakı arasında da müxtələif sahələri əhatə edən geniş əlaqələr olub və münasibətlər normal qaydada davam etdirilib. Lakin Makronun yanlış siyasəti və böyük ambisiyaları Fransanı planetimizin bütün nöqtələrindən tutmuş regionumuzadək mövqelərinin və etimadının itirilməsinə gətirib çıxarıb. Makron hakimiyyətinin Cənubi Qafqazla bağlı yürütdüyü siyasət müstəmləkə siyasətidir. Xüsusən də Azərbaycanla bağlı sərgilədiyi mövqe və atdığı addımlar da məhz müstəmləkə iddialarını gerçəkləşdirməkdir. Makronu nə Ermənistan, nə ermənilər, nə də Paşinyan maraqlandırmır. Əsasız iddia və ambisiyalarını həyata keçirmək üçün Ermənistan və erməni faktorundan vasitə kimi istifadə edir”.

Əli Oruclu deyib ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamənin də məğzində Azərbaycanı daha çox sıxışdırmaq, Fransa müstəmləkəsinə qarşı dirənişini və iradəsini sındırmaq üçün növbəti cəhdidir:

"Həmin qətnaməyə ötəri nəzər salmaq kifayət edir ki, nə qədər təhrif olunmuş, qərəz və iftiralar, beynəlxalq hüququn pozulması halları özünə yer tapıb. Azərbaycan özü 30 ildən çox Ermənistanın işğalına məruz qalıb və Fransa da bu işğalı görməzdən gəlib. Azərbaycanın heç öz haqqlı iddiası olan bu gün Ermənistan adlandırılan ərazilərini tələb etmir və sülhün, təhlükəsizliyin təmin edilməsinə çalışır”.

Əli Oruclu deyir ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Bakının reinteqrasiya, hüquq və təhlükəsizliyinə yüksək səviyyədə təminat verməsini bəyan etməsinə baxmayaraq, könüllü tərk etməsi ilə bağlı Fransanın qətnamədə irəli sürdüyü iddia tamailə yalan və ifiradır:

“Həmin qətnamədə bir daha sübut olundu ki "Dağlıq Qarabağ" yazılmaqla, yaxud digər hallar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmir, yaxud da tanınmır”.

Süleyman
Xəbəri paylaş