Ermənistan Azərbaycana qarşı növbəti yalan uydurub.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, guya Azərbaycan Ordusunun bir neçə əsgəri Zəngəzur rayonunun (Sünik) Aravus kəndi ərazisindən 230-a yaxın qoyunu aparıblar.
Saytın iddiasına görə, Azərbaycan hərbiçiləri silahlı olduqları üçün qoyunları otaran çoban onlara müqavimət göstərə bilməyib.
Çoban qoyunların kənd sakinlərinə mıəxsus olduğunu iddia etsöə də, ancaq araşdırmalar zamanı tamam başqa məlumatlar ortaya çıxıb. Məlum olub ki, aparılan qoyunlar Aravusun inzibati rəhbəri Armen Canqiryana mıəxsus olub. Qoyunları isə Canqiryanla şəxsi ədavəti olan erməni şəxslər aparıblar. Armen Canqiryanın silahlı ermənilərə pul borcu olduğu bildirilir.
Anar Əliyev