Tarixdə ilk dəfə olaraq öz astronavtını - Alper Gezeravcını kosmosa, Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərməsi münasibətilə Türkiyə Cümhuriyyəti dövlətini və bütün Türk xalqını ürəkdən təbrik edir, Alper bəyə və əməyi keçən hər kəsə uğurlar, başarılar diləyirik!
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi Türkiyə dövləti və xalqı Cümhuriyyətin ikinci əsrinə, Türk Əsrinə ilk insanlı kosmos missiyası ilə addım atdı. Bu, gerçəkdən də çox böyük uğurdur.
Biz qardaş ölkəmiz Türkiyənin bu uğuruna öz uğurumuz kimi ürəkdən sevinirik. Bəli, Türkiyənin uğuru bizim uğurumuz, sevinci də bizim sevincimizdir. "Bir millət, iki dövlət" gerçəyi ilə yola çıxan Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olacaq. Birliyimiz, qardaşlığımız əbədidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri