Keçən il Türkiyədə quru meyvə ixracatında artım qeydə alınıb.
Newscenter.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinə (GAİB) istinadən xəbər verir ki, nəticədə 2023-cü ildə quru meyvə ixracından 1,6 milyard dollar gəlir əldə edilib.
Sözügedən sektordan keçən il 158 ölkə və sərbəst zonaya 483 min 217 ton məhsul göndərilib.
Quru meyvə sektorunda ən çox gəliri 465 milyon 257 min dollarla toxumsuz kişmişdən, 405 milyon 486 min dollarla ərik qurusundan, 271 milyon 141 min dollarla isə əncir qurusundan əldə edilib.
Türkiyədən quru meyvə alan ölkələr sırasında Almaniya ön sırada gəlib. Bu ölkəyə 221 milyon 70 min dollarlıq məhsul göndərilib. Sonrakı yerləri isə İngiltərə və ABŞ tutub.
Natiq Orucov