Dünyanın müxtəlif bölgələrində yaşanan gərginlik, Cənubi Qafqaza diqqətin, marağın arxa plana keçməsi Ermənistanı yenidən müharibəyə həvəsləndirib. İrəvanda bəzi dairələr hesab edirlər ki, Fransanın dəstəyi fonunda yenidən müharibəyə başlayıb nəsə əldə edə bilərlər.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə də isə deyib ki, Ermənistanın bu düşüncəsi İrəvanı məhvə aparır:
"Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində bir sıra problemlər qalır. Məhz Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində sülh müqaviləsinin bağlanması uzanır. Birincisi, Ermənistan Zəngəzur yolunun maneəsiz giriş-çıxışını təmin etmir. Əlavə şərtlərlə çıxış edərək Azərbaycanın bu yoldan istifadəsini əngəlləyir. İkincisi, sülh müqaviləsinin bağlanmasında zəmanətçi təklifini irəli sürürərək iki ölkə arasında problemi beynəlxalq müstəviyə çıxarır. Üçüncüsü, Ermənistan hücum silahları alir. Dördüncüsü, Qərbin bir neçə paytaxtlarından təlimatlar alaraq müstəqil siyasət ortaya qoymur".
Politoloq onu da deyib ki, Yaxın və Orta Şərqdə, Şərqi Avropada hərbi gərginlik inkişaf edir:
"Yeni silahlı münaqişələr ortaya çıxır. Beynəlxalq müstəvidə gərginləşən hərbi böhran fonunda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında yeni problemlər ortaya çıxır. Qərb və Rusiya artıq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür. Azərbaycana qarşı yeni təzyiqlərə əl atılır. Ermənistanın silhalandırılması məhz sülh prosesini pozmaq və yeni təxribatlara cəlb etməkdir".
Süleyman