Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TOTAL Azərbaycanı tərk edir?

TOTAL Azərbaycanı tərk edir?


Fransanın antiAzərbaycan mövqeyinə qarşı rəsmi Bakı da adekvat addımlar atmaq qərarına gəlib. Ötən gün Milli Məclisin komitə iclasında keçirilən müzakirə zamanı Fransa şirkətlərin boykot edilməsi, bu ölkənin TOTAL şirkətinin Azərbaycandan çıxarılması kimi təkliflər irəli sürülüb. Bəs görəsən bütün bunlar nə dərəcədə mümkündür?

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Zeynal Əmiralıyev deyir ki, Azərbaycan Milli Məclisinin Beynalxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi son dövrlər Fransanın Azərbaycana qarşı həyata keçirdiyi ədalətsiz siyasətə cavab olaraq bəzi addımların atılması barədə Azərbaycan hökumətinə çağırış ünvanlayıb:

"Bu müraciət çox yerində edilmiş haqlı müraciətdir və həmən komitənin hər bir üzvünə, başda Səməd Seyidov olmaqla təşükkür edirəm. Fransanın həddini aşan hərərkətlərinə cavab verilməsi vacib idi və burda parlament diplomatiyasının rolu yerinə düşdü. Komitə sədri Səməd Seyidov Avropanı yaxşı tanıyır. Uzun illərdir Azərbaycanın AŞPA - dakı nümayəndə heyətinə rəhbərlik edir. AŞPA Fransada, Strasburqda yerləşir. İnanıram ki, hörmətli Səməd müəllim və komandası AŞPA -nın növbəti iclasında, Strasburqda Parisdə oturanların ölkəmizə qarşı hücumunu bütün Avropda ifşa edəcəklər".

O deyib ki, hökumətə ünvalanan müraciətin ən diqqət çəkən hissəsi 4 - cü bənddir. Həmən bəndə görə Azərbaycanda olan Fransa şirkətlərinin ölkədən çıxarılması nəzərdə tutulur:

"Fransa şirkəti deyərkən ağla ilk Total gəlir. Total " Abşeron " yatağının işlənməsində əsas pay sahibidir. Həmən yatağın işlənməsində Total ən böyük payın, 60% - in sahibidir. Totalın Azərbaycandan qazancı çox böyükdür. Bu şirkətin Azərbaycanı tərk etməsi onun üçün böyük itgidir. Yəgin ki, Total rəhbərliyi Makrondan bunun hesabını soruşacaqlar. Hər halda qlobal səviyyəli heç bir şirkət belə güclü lahiyyəni, Azərbaycan kimi böyük prespektivlər vəd edən bir ölkəni itirmək istəməz. Görünür, ənənəvi sağın və solun, eləcədə nüfuzu sürətlə qalxan millətçilərin namizədini məğlub edərək Yelisəyə sahib olan Emanuel Makronun güclü maliyyəyə ehtiyyacı olub və buda onu erməni diasporundan asılı hala salıb. Makron " Paşinyandan çox erməni " olmasının səbəbi də ehtimal ki, seçkiyə görə borclandığı erməni dostlarına olan minnətdalığının nəticəsidir. Parisin elə özündə birilərinin Makrona artıq bəzi həqiqətləri başa salmağı lazımdır. Hazırda Total itirir, ancaq belə davam etsə yaxında Fransanın özü güclü itklərə məruz qalacaq. . Yeliseyin sahibi Azərbaycan liderinin cəsarət və prinspialığını düzgün hesablamalı və buna görə ağıllı qərarlar verməlidir. Fransanı idarə edənlər anlamalıdır ki, Azərbaycan onların təzyiqi qarşısında geri çəkiləcək hansısa " banan dövləti " deyil".

Zeynal Əmralıyev-, siyasi ekspert
Xəbəri paylaş