Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Total" şirkətinin ölkədən çıxarılması heç də asan deyil

"Total" şirkətinin ölkədən çıxarılması heç də asan deyil


“Fransa ilə Azərbaycan arasında iqtisadi və ticarət dövriyyəsi böyük həcmdə olmadığından sankiyaların da təsirli olacağını güman etmirəm. Həm də Makron hakimiyyətinin ömrünə də bir il qalıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Əli Oruclu Fransa ilə siyasi gərginliyin iqtisadi sferaya keçməsi və “Total” şirkətinin Azərbaycandan çıxarılması mümkünlüyünı toxunarkən səsləndirib. O bildirib ki, Fransanın Azərbaycanda fəaliyyət göstərən "Total" Şirkətinin fəaliyyətinin dayandırılması, yaxud ölkədən çıxarılması heç də asan deyil:

“Fransanın Total Şirkətinin Azərbaycanın enerji sektorunun hasilatında və istismarında payları var. Bu paylar heç də az deyil. Misal üçün "Abşeron" qaz yatağının istismarı ilə bağlı pay bölgüsündə Total şirkəti 60 faiz alıb. Əgər Azərbaycan bu müqavilələri pozarsa o zaman böyük maliyyə təzminatlarını ödəmək risqi ilə üzləşə bilər. Ancaq mənim fikrimcə Total Şirkətinin Fransa siyasətinə və maliyyə ticarət strukturlarına təsirindən yararlanamqla Azərbaycanın mənafeyi naminə işlər görməsinə nail olmaq daha yaxşı olardı”.


Süleyman
Xəbəri paylaş