Türkiyədə müxtəlif səbəblərdən fəaliyyətini dayandıran şirkətlərin sayı artıb.
Newscenter.az Türkiyənin Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə bağlanan şirkətlərin sayı isə 11,7 faiz artaraq 25 min 883-ə çatıb.
Bu müddət ərzində yeni qurulan şirkətlərin sayı isə əvvəlki illə müqayisədə 8,3 faiz azalaraq 128 min 528 ədəd olub.
Təkcə keçən ilin dekabr ayında qurulan şirkətlərin sayı 2022-ci ilin eyni dövrünə nisbətdə 16,7 faiz azalıb. Bu dövrdə bağlanan şirkətlərin sayı isə 30,3 faiz artaraq 5952-yə çatıb.
Nərgiz Əzizova