ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk", - səfir bildirib.
Mehman Mehdiyev