Mənfur sovet imperiyasının xalqımıza qarşı törətdiyi 20 Yanvar qırğınının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
Newscenter.az xəbər verir ki, bu barədə AHK-nin Mətbuat xidmətindən bildirilib.
Əlisahib Hüseynov və AHK-nin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, onların məzarları üzərinə qərənfillər düzüb.
Şəhidlərimizin ruhlarına dualar oxunub.
Newscenter.az