Xalqların tarixində elə hadisələr olur ki,onun həm ruhunda,qan yaddaşında silinməz izlər qoyur, həm də qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsinə çevrilir. Belə hadisələrdən biri Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələridir. Totalitar sovet rejiminin xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə müşayiət edilmiş təcavüzkarlıq aksiyası olan 20 Yanvar qətlamı Azərbaycan xalqının Qarabağ və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı qorxutmaq,mübarizədən çəkindirmək məqsədi daşıyırdı. Amma sovet rejiminin bu cinaytkar əməli tamamilə əks-bumeranq effekti verdi…20 yanvar hadisələri Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, bir yerə toparladı, birləşdirdi, bir gecənin ərzində xeyli BÖYÜTDÜ, milli azadlıq və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,sovet sisteminin dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri yox, məhz Bakı qətlamından doğan müqavimət hərəkatı sürətləndirdi.
Hər il qanlı 20 Yanvar- qan yaddaşımızın təzələndiyi gün, hüzn günü kimi qeyd olunur. Amma 20 Yanvar tariximizdə təkcə hüzn günü deyil, Azərbaycan xalqının istiqlal yolunun bir zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı, milli birliyin vəhdəti günüdür. Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:
“Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.”
Biz artıq şəhidlərimizin ruhunu 2020-ci ilin 27 sentyabrdan başlanan və Azərbaycan xalqının tarixinə şanlı ZƏFƏR SƏLNAMƏSİ kimi yazılan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrının 19/20-də 23 saata yekunlaşan anti-terror əməliyyatı ilə Azərbaycanın bütün ərazilərində süverenliyimizi bərpa edib,üçrəngli bayrağımızı dalğalandırmaqla şad edirik.
Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfər təşkil etsə də, dünyada cayı 50 milyonu aşan böyük xalq kimi milli həmraylıyımızi postmüharibə mərhələsində də qoruyub saxlamalı,daha yüksək keyfiyyət halına gəturməliyik ki, yaşamağa başladığımız yeni mərhələnin hədəflərinə də nail olmaqla müharibədən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxdığımızı davamlı olaraq dünyaya nümayiş etdirək,öz potensialımza layiq davamlı, inklüziv və dayanıqlı inkişaf yolu ilə süvernliyimizin Azərbaycan əhalisinin bütün təbəqələrinin rifahı ilə tamamlanması kimi çox şərəfli bir vəzifəni gerçəkləşdirə bilək.
Allah 20 yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu daim şad olsun!!!
Əli Məsimli-Milli Məclisin deputatı