20 Yanvar Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda milli əzmkarlığının, haqq mübarizəsinin rəmzinə çevrilmiş şərəf tariximizdir. Sovet imperiyası törətdiyi bu qətliamla istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Həmin ağır və təhlükəli günlərdə Azərbaycanın dahi oğlu, Ümummilli llder Heydər Əliyevin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib kəskin bəyanatla çıxış edərək öz haqq səsini ucaltması xalqımıza güc verdi və müstəqilliyin bərpasında mühüm tarixi hadisəyə çevrildi.
Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan öz milli dövlətçilik ideyasını möhkəmləndirdi və Onun siyasi irsinin davamçısı olan Cənab İlham Əliyev Azərbaycanın suverenlik mücadiləsini şərəflə başa çartdırdı, Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Bu gün Şəhidlər Xiyabanında uyuyan qəhrəman şəhidlərimizin ruhu şaddır, onların qanı hədər getmədi.
Xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi olaraq qürur hissi və başucalığı ilə qeyd edir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor