Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan vilayətində təyyarə qəzası olub.
Newscenter.az-ın xəbərinə görə, “Report” xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Hindistan şirkətinə məxsus olub və Moskva istiqamətində uçurmuş.
Texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarənin olduğu əraziyə xilasedici qruplar göndərilib.
Hadisənin təfərrüatları, təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verilmir.