Bu gün Ağdam rayonu ərazisində baş vermiş mina partlayışı ilə əlaqədar olaraq Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Newscenter.az xəbər verir ki, bu barədə Respublika Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilib ki. yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Mehman Mehdiyev