Seçki prosesinin ən aktiv fazası olan təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. Bu görüşlər də seçki prosesinin yüksək əhval-ruhiyyədə və böyük coşğu ilə keçdiyini göstərir.
Növbəti görüşümüz “Azərbaycan Dövlət Dəmir Yolu”nun akt zalında gənclər və idmançılarla, ilk dəfə səs verəcək tələbələrlə oldu.
Bu tədbirlərdə onun şahidi oluruq ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti bu gün öz təntənəsi göstərir. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.
Eləcə də Cənab İlham Əliyev ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirməsi bu nəslin layiqli vətəndaş kimi yetişməsinə səbəb olub.
Gənclərin gələcəyə olan ümidli və inamlı baxışlarının təməlində bir mühüm amil dayanır- bu gün Azərbaycan öz suverenliyini tam bərpa etmiş dövlət kimi sabitlik və əmin-amanlıq, firavanlıq ölkəsinə çevrilib, sabahımız olan gəncləri dah parlaq və işıqlı günlər gözləyir, Azərbaycan dövlətinin sükanı onların əlindədir.
Gənclər də məhz bu etimadı, məsuliyyəti və şərəfli öhdəliyi dərk edərək bu gün onlra yeni yol, ugurlu sabahlar açmış Siyasi liderinin ətrafında daha sıx birləşiblər.
Gənclər cəmiyyətimizn ən aktiv üzvü kimi yekdilliklə fevralın 7-də seçkilərdə iştirak edərək YAP-ın Sədrinə növbəti dəfə etimad göstərəcəklər.
Vaqif Abdullayev-siyasi ekmlər doktoru, professor