Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

7 fevral seçkiləri tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək

7 fevral seçkiləri tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək


"Prezident seçkilərindən sonra ölkəmizdə bir çox dəyişikliklərin şahidi olacağıq".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat vurğulayıb ki, prezident seçkilərinə cəmi 16 gün qalıb:

"Səbirsizliklə hər kəs fevralın 7-ni gözləyir. Prezident seçkilərinin bizim üçün əhəmiyyəti böyükdür. Xüsusilə də bu il keçiriləcək prezident seçkilərin. Çünki fevralın 7-də keçiriləcək prezident seçkiləri tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək.

2003-cü ildə Azərbaycan xalqı ölkəmizin gələcək inkişafı, müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsi üçün düzgün seçim edərək cənab İlham Əliyevi dövlətimizin başçısı etdi. Əslində xalqımızın zamanında etdiyi düzgün seçimin nəticəsidir ki, ərazi bütövlüyümüzü bərpa edərək, düşmənə layiq olduğu dərsi verdik. Keçən 20 il ərzində cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi siyasətini uğurla inkişaf etdirərək Azərbaycanı dünyada güclü ölkələr sırasına yüksəltdi. Ölkə başçımızın 20 il ərzində həyata keçirdiyi siyasət ərazi bütövlüyümüzü və suverenliyimizin bərpası ilə nəticələndi. 30 il ərzində ölkəmizə qarşı ikili münasibət bəslənilib. Təəssüf ki, ikili standartların hökm sürdüyü və beynəlxalq hüququn işləmədiyi dünyada güclü olmaq, təzyiqlər qarşısında dik dayanmaq heç də asan deyil. Məhz pezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, diplomatik bacarığı, müdrik siyasəti nəticəsində Azərbaycan bütün haqsızlıqlara baxmayaraq qüdrətli dövlətə çevrilə bildi".

Deputat vurğulayıb ki, torpaqlarımızı öz gücümüzə işğaldan azad etdikdən sonra olkəmizə qarşı təzyiqlər artdı:

"Hətta bizə dost kimi görünən dövlətlər belə ölkəmizə qarşı açıq şəkildə çirkin kampaniyalar aparırlar. Xüsusilə də Fransa. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bunu da ancaq cənab İlham Əliyev kimi güclü lider edə bilər".(sonxeber.az)
Xəbəri paylaş