Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın təhsil sektorunun nümayəndələri Özbəkistana səfər edəcək

Azərbaycanın təhsil sektorunun nümayəndələri Özbəkistana səfər edəcək


Azərbaycan-Türkiyə-Özbək İş Adamları Birliyinin (ATUİAB) təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində Azərbaycanın əsasən təhsil sektorunu əhatə edən bir qrup şəxsin Özbəkistana səfəri baş tutacaq.

Bu barədə məlumatı Newscenter.az-a ATUIAB sədri Ruslan İmanzadə verib. Bildirib ki, nümayəndə heyətinin tərkibinə əsasən müəllimlər, bu sahə üzrə idarəçilər daxil olacaq. Təşkiat sədri deyib ki, martın 22-26-sı tarixlərində baş tutacaq səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın təhsil həyatı ilə tanış olacaq, Daşkənd Kimya Texnologiya İnstitutunda keçiriləcək təlimdə iştirak edəcəklər:

“Təlim zamanı təhsil idarəçiliyi ilə bağlı kursda iştirak edəcəklər”.

Ruslan İmanzadə deyib ki, Azərbaycan nümayəndə heyəti həmçinin səfər proqramına uyğun olaraq bu ölkədəki özbək, türk və azərbaycanlı iş adamları ilə də görüşəcəklər:

“Məqsəd təhsil və biznes sahəsində əlaqələrin genişləndirilməsidir. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Özbəkistandakı Azərbaycan səfirliyini, buradakı Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edəcəklər. Eyni zamanda Daşkəndin tarixi-mədəni abidələrinə ziyarət təşkil ediləcək”.



Süleyman
Xəbəri paylaş