Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Nəsib Məhəməliyev Balakəndə seçicilərlə görüşüb-FOTOLAR

Deputat Nəsib Məhəməliyev Balakəndə seçicilərlə görüşüb-FOTOLAR


Fevralın 7-də ölkədə baş tutacaq növbədənkənar prezdient seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində regionlarda seçicilərlə görüşlər davam edir.

Newscenter.az xəbər verir ki, yanvarın 22-də Milli Məclisin deputatı Nəsib Məhəməliyev Balakən rayonunun İtitala kəndində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İtitala və Kortala kənd sakinləri ilə görüş keçirilib. Görüşdə seçicilərə səsvermə günü fəal olmaq, Azərbaycanın uğurlu inkişafı, tərəqqisinə, gələcəyinə səs vermək çağırışı edilib. Bildirilib ki, bütün bu müsbət tendensiyaları isə məhz YAP-ın namizədi İlham Əliyev özündə cəmləşdirir.

Qeyd edək ki, görüşdən sonra millət vəkili vətəndaş qəbulu da keçirib və onları narahat edən məsələri dinləyib, bəzi qaldırılan məsələlər dərhal həll olunub.

Süleyman
Xəbəri paylaş