Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan enerjiyə qənaət rejiminə keçir

Ermənistan enerjiyə qənaət rejiminə keçir


Ermənistanda mövcud olan enerji böhranı İrəvanı bəzi adekvat tədbirlər görməyə məcbur edib.

Newscenter.az news.am-a istinadən bildirir ki, ilkin olaraq paytaxt İrəvan enerjyə qənaət rejiminə keçib. Belə ki, ilkin olaraq paytaxtın Nalbandyan küçəsində ənənəvi lampalar enerjiyə qənaət edən LED lampalarla əvəzlənib.

Ümumilikdə isə İrəvanın 28 küçəsinin enerji qənaət rejimi ilə işıqlandırılması nəzərdə tutulur. Bu məqsədlə yaxın günlərdə paytaxtın Vardanants və Xorenatsi küçələrində də qənaətcil LED lampaları qoyulacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş