Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu ölkə rəsmilərinin əmlak bəyannamələrini araşdıracaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında əksini tapıb. Məlumatda bildirilib ki, Gürcüstan hökuməti üzvlərinin, parlament üzvlərinin, Acarıstan və Abxaziyanın ali nümayəndəlik orqanlarının məsul şəxslərinin, eləcə də üzvlərinin əmlak bəyannamələrinə yenidən nəzər salmaq planlaşdırılır.
Ümumilikdə, Büro 2024-cü il ərzində 300 məmurun əmlak bəyannaməsini yoxlamaq qərarına gəlib.Əmlak bəyannamələri yoxlanılacaq rəsmilər arasında baş nazir İrakli Qaribaşvilinin, hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidzenin, Nazirlər Kabinetinin üzvlərinin, onların müavinlərinin, eləcə də Tbilisi meri Kaxa Kaladzenin adları çəkilir.
Anar TAĞIYEV