Ermənistanda "Ermənilərin tarixi" kitabından imtina edilir.
Newscenter.az news.am-a istinadən bildirir ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi belə bir təşəbbüslə çıxış edib. Nazirlik “Ermənilərin tarixi” fənninin adının “Ermənistan tarixi” olaraq dəyişdirilməsini təklif edib.
Nazirliyin təşəbbüsündə qeyd edilir ki, “Ermənilərin tarixi” fənninin adının “Ermənistan tarixi” kimi dəyişdirilməsi ilə Milli Elmlər Akademiyasının 33 və 35-ci maddələrinin təriflərindəki uyğunsuzluq aradan qaldırılır. Nəticədə, mövzunun adı daha aydın olur. Bildirilir ki, məhz bu çərçivəsdə erməni dövlətçiliyi və erməni xalqının tarixinin müxtəlif dövrlərində baş vermiş hadisələri öyrəniləcək.
Mehman Mehdiyev