Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Israil sığınacaq mərkəzlərini bombalayıb

Israil sığınacaq mərkəzlərini bombalayıb


İsrail Qəzzanın ardınca Xan Yunisdəki sığınacaq mərkəzlərini hədəf alıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki sığınacaq mərkəzlərinə hava zərbələrinin endirilməsi nəticəsində xeyli sayda dinc insan həlak olub və müxtəlif dərəcəli xəsarət alıb.

Açıqlamada o da bildirilib ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahları mühasirəyə alınması səbəbindən təcili yardım maşınları yaralılara köməklik göstərmək üçün əraziyə doğru hərəkət edə bilmir.

Məlumatda İsarilin Xan Yunusdakı 4 sığınacaq mərkəzinə hava zərbəsi endirdiyi bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş