Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Birləşmiş Ştatlara səfər edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfərdə məqsəd BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməkdir. Təşkilatın Yaxın Şərq və Ukrayna üzrə iclaslarında iştirak etmək üçün Nyu-Yorka gedən Lavrov səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Rusiya xarici işlər nazirinin səfəri yanvarın 24-dək davam edəcək.
Rusiya XİN-dən bildirilib ki, Lavrovun təyyarəsi şimal marşrutu üzrə Moskvadan ABŞ-a qədər olan məsafəni 12 saat 45 dəqiqə ərzində dost olmayan ölkələr üzərindən keçib. Uçuş zamanı gözlənilməz hallar baş verməyib.
Mehman Mehdiyev