Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Əliyev Paşinyanın bütün siyasi tezislərini məhv etdi"- -ERMƏNİ POLİTOLOQ

"Əliyev Paşinyanın bütün siyasi tezislərini məhv etdi"-


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir müddət əvvəl yerli televiziya kanallarına verdiyi müsahibə hələ də Ermənistanda geniş təhlil olunmaqdadır.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, politoloq Beniamin Matevosyan deyib ki, Əliyev son müsahibəsi ilə Paşinyanın bütün siyasi tezislərini məhv etdi, bu adamın siyasi cəhətdən müflis olduğunu göstərdi,

Politoloq qeyd edib ki, Paşinyan Əliyevə və Ərdoğana onların bütün ilkin şərtlərini həyata keçirməyə hazır olduğunu deməklə öz hakimiyyətini genişləndirə bilər.

Matevosyan hesab edir ki, indi həm Ermənistan. həm də Paşinyan gözəl bilir ki, nə Rusiyadan, nə də Qərbdən dəstək ala biləcək:

"Bu adam bilir ki, Qərbdən dəstək yoxdur, Rusiyadan dəstək yoxdur. İndi onun iki yolu var. Birinci yol odur ki, Paşinyan istefa verməlidir. Çünki onun istefası Ermənistan Respublikasına sağ qalmaq şansı verir. İkinci variant da var. Bir il, ilyarım, iki ilə kimi öz hakimiyyətini uzatmaqdır".

Anar TAĞIYEV
Xəbəri paylaş