Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Polis hər zaman xalqa örnək olmalıdır" -PREZİDENT

"Polis hər zaman xalqa örnək olmalıdır"


"Polis hər zaman xalqa örnək olmalıdır. Yalnız bundan sonra insanlar polisə etibar edəcək və onları qoruyacaqlar. Təəssüf ki, bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə olduğunu deyə bilmərik".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev Daxili İşlər Nazirliyinin genişləndirilmiş kollegiyasının iclasında çıxışı zamanı deyib.

Bir sıra hallarda ağır cinayət törətmiş polis əməkdaşlarının olduğunu deyən Tokayev, təəssüf hissi ilə qeyd edib ki, son zamanlar belə hadisələr tez-tez baş verir.

"Bu cür hərəkətlərə qətiyyən haqq qazandırmaq olmaz. Belə insanları polis sıralarından uzaqlaşdırmaq lazımdır. İşçilərini vaxtında intizam tənbeh etməyən rəhbərlərin məsələsinə də baxılmalıdır”, - deyə Tokayev bildirib.


Mehman Mehdiyev
Xəbəri paylaş