Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Şimali Koreyaya səfər edəcək

Putin Şimali Koreyaya səfər edəcək


Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə xarici media məlumat verib. Bildirilib ki, Kreml rəhbərinin Pxenyana səfəri məsələsi Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xinin bu günlərdə Moskvada keçirdiyi görüşlərdə də müzakirə olunub. Şimali koreyalı nazir prezident Kim Çen Inin dəvətini Vladimir Putinə şatdırıb.

Çoi Son Xin Rusiyaya səfəri zamanı Putini Koreya xalqının ən böyük dostu adlandırıb və onun tezliklə Şimali Koreyaya səfər edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən il Şimali Koreya lideri Rusiyaya səfər etmişdi.

Anar TAĞIYEV
Xəbəri paylaş