Sabah Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə danışıqlar prosesinin növbəti mərhələsi keçiriləcək.
Newscenter.az Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, görüşdə Rusiya, Türkiyə, İran, Suriya hökuməti və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Həmçinin, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin də bu məqsədlə Astanaya gələcəyi gözlənilir. Eyni zamanda, İordaniya, İraq və Livan nümayəndələrinin də görüşdə müşahidəçi qismində iştirakı istisna edilmir.
Görüşdə münaqişədən sonrakı mərhələdə Suriyada bərpa işləri və bu ölkədəki humanitar durum müzakirə olunacaq.
Anar TAĞIYEV