Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs həbs edilib

Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs həbs edilib


Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən avtomat və narkotik gəzdirən Boris Asmolov saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.

Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman Mehdiyev
Xəbəri paylaş