Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada 11 min uşaq öldürülüb

Qəzzada 11 min uşaq öldürülüb


Keçən ilin oktyabrın 7-dən İsrailin Qəzzaya hücumu nəticəsində 11 min uşaq öldürülüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi məlumat yayıb. 108 gün davam edən hücumlar nəticəsində həmçinin 7500 qadının həyatını itirdiyi bildirilir.

Məlumata görə, Qəzzada 70 faizi qadın və uşaq olmaqla 7 min nəfər hələ də dağıntılar altında qalıb və ya itkin düşüb. Ümumilikdə, bu müddət ərzində Qəzzada 25 925 nəfər həlak olub, 63 min nəfər isə yaralanıb.

İsrailin hücumları nəticəsində 70 min ev tamamilə dağıdılıb, 290 min ev isə zərər görərək yaşayış üçün yararsız hala düşüb.

Bu müddət ərzində Qəzzada 337 səhiyyə işçisi və 45 mülki müdafiə əməkdaşı həlak olub.

Mehman Mehdiyev
Xəbəri paylaş