Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən Azərbaycana səfər edənlərin sayı artır

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən Azərbaycana səfər edənlərin sayı artır


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdən Azərbaycana səfər edən turistlərin sayında artım müşahidə edilir.

Newscenter.az Zakher Travel Turizm Şirkətinə istinadən bildirir ki, keçən il Qazaxıstandan 53 min, Özbəkistandan 35, Türkmənistandan isə 23 min nəfər Azərbaycana səfər edib.

Bildirilib ki, 2019-cu illə müqayisədə keçən il Qazaxıstandan Azərbaycana gələnlərin sayı artıb. Belə ki, 2019-cu ildə Qazaxıstandan cəmi 43 min nəfər Azərbaycana səfər edib.

2019-cu ildə Özbəkistandan cəmi 21 min nəfər Azərbaycana səfər edibsə, keçən il bu rəqəm 35 min olub.

Türkmənistandan Azərbaycana səfər edənlərin sayında isə azalma olub. Belə ki, 2019-cu ildə Türkmənistandan 48 min nəfər Azərbaycana səfər etdiyi halda, keçən il bu rəqəm 23 min nəfər olub.

Nərgiz Əzizova
Xəbəri paylaş