"Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Slovakiyanın baş naziri Robert Fizo bildirib. Aktuality.sk xəbər saytına verdiyi müsahibədə baş nazir paralel olaraq Rusiyanın da müəyyən güzəştə getməli olduğunu deyib:
"Ümumiyyətlə, Ukrayna və Rusiya hər iki tərəf üçün çox ağrılı olacaq hansısa güzəştə getməlidir".
Robert Fizo Rusiyanın Krım, Donbas və Luqanskı tərk etmı ehtimalının olmadığını da deyib:
"Rusiyanın həmin əraziləri tərk edəcəyi real görüünmür",-deyə slovakiyalı nazir bildirib.
Mehman Mehdiyev