Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arzu Əliyevanın milli ruhla yoğrulan, dövlətçiliyə və milli maraqlara xidmət edən uğurları

Arzu Əliyevanın milli ruhla yoğrulan, dövlətçiliyə və milli maraqlara xidmət edən uğurları


Baku Media Centerin prezidenti, istedadlı prodüsser Arzu xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, daha güclü Azərbaycan naminə şərəfli fəaliyyətində uğurlar arzulayırıq.

Kifayət qədər gənc yaşına baxmayaraq Arzu Əliyeva qısa müddətdə istedadı və milli ruhu ilə Azərbaycan sənədli film tarixində özünəməxsus cığır açmağı bacarıb. Onun "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filmi 30-yaxın ölkədə yayımlanıb və ölkəmizin tanıtımı baxımdan əhəmiyyətli rol oynayıb. Arzu xanım, eyni ideoloji tempi qoruyaraq daha sonra Nobel qardaşlarının Azərbaycanın neft sənayesindəki fəaliyyətinə həsr olunan "Miras", Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edən "Sonuncu" filmləri ilə də ölkəmizin beynəlxalq mədəni arenada təbliği baxımdan böyük diqqət çəkməyi bacardı.

2016-cı ildə Arzu Əliyeva layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filmi ilə isə bu mövzunu istismar etməyə çalışan qaragüruha cümhuriyyətin tarixi necə təbliğ edilə bilər, əməli olaraq göstərdi. Əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin məşəqqətli taleyindən bəhs edən bu film, habelə, bu heyətin, eləcə də XX əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusu olan “Qərib məzarlar” kitab albomu tariximizin həmin dövrünə işıq tutan ən yaxşı nümunələrdən biri, bəlkə də birincisidir.

Azərbaycan dövlətçilik tarixində müstəsna rol oynamış ailələrin nümayəndəsi və vətənpərvər azərbaycanlı kimi 44 günlük haqq savaşımız da Arzu xanımın diqqətindən kənarda qala bilməzdi və təsadüfi deyil ki, Onun "Biz" filmi Şanlı Zəfərimizdən bəhs edən və bu məzmunda beynəlxalq arenaya çıxan ilk sənət nümunəsi oldu. Məhz bu filmə görə, "Korkut Ata" Türk Dünyası Beynəlxalq Film Festivalında türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Arzu Əliyevaya "Şərəf mükafatı" təqdim olundu.

Arzu xanım Əliyevanın milli ruhla yoğrulan, dövlətçiliyə və milli maraqlara xidmət edən uğurlarının davamının gəlməsini diləyərək, Onu bir daha təbrik edir, ən xoş diləklərimizi çatdırırıq.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş