“Avropa Şurası və onun Parlament Assambleyası yenə ermənilərin dirijor çubuğu ilə “mahnı” ifa edir. Ötən gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan Azərbaycan nünayəndə heyətinin səsvermə hüququnun ləğv edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi bunun bariz nümunəsidir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi yanaşma ədalətsiz olmaqla yanaşı, eyni zamanda qərəzli və ermənipərəst, düşmən mahiyyəti daşıyır:
“AŞPA-nın bu cür davranışları ilk deyil. Zaman-zaman Azərbaycana qarşı bu və ya digər məsələdən təsir vasitəsi kimi istifadə ediblər. Ancaq unudurlar ki, Azərbaycan hansısa kənar təsirlərin diktəsi ilə hərəkət edən, öz fəaliyyətini onların istək və arzuları ilə quran bir ölkə deyil. Azərbaycan özü öz siyasətini müstəqil şəkildə həyata keçirir”.
Arzuman Muradlı deyib ki, AŞPA-da məlum məsələnin müzakirəyə çıxarılması Avropada formalaşmış antiAzərbaycan şəbəkənin ölkəmizə yönəlmiş total hücumunun bir hissəsidir:
“Ancaq əminliklə demək olar ki, Azərbaycana yönəlik bu fəaliyyətin də nəticəsi olmayacaq”.
Süleyman