Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qarşı ədalətsiz yanaşmanın təzahürü

Azərbaycan qarşı ədalətsiz yanaşmanın təzahürü


"Dünən qəbul edilən qətnamə tamamilə qərəzlidir və Azərbaycan qarşı ədalətsiz yanaşmanın təzahürüdür. Baş verənlərin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi olduğu gün kimi ortadadır. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəməməsinin heç bir halda həzm edə bilmirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun ləğv edilməsi təşəbbüsü və qəbul edilən qətnaməni şərh edərkən səsləndirib. O bildirib ki, qətnamənin qəbulunda əsas səbəb kimi Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib:

"AŞPA nümayəndələri məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Əgər belə olsaydı o zaman AŞPA Azərbaycanla bağlı deyil, məhz Ermənistanla bağlı Qətnamə qəbul edərdi. Çünki hazırda Ermənistanda müxtəlif ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Müxtəlif cinayət işləri, təqiblər, saxta ittihamlarla müxtəlif ictimai və siyasi xadimlər həbsxanalara doldurur. Hətta sosial şəbəkədə fikir bildirənlərə qarşı da amansızlıq hökm sürür. Erməni müxalifəti özü də etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus olmayıb.

Amma biz AŞPA kimi beynəlxalq qurumların insan hüquqlarının kobud şəkildə pozulmasına göz yumduğunu, hətta tənqidi fikirlər belə səsləndirmədiyini görürük. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq etməsindən xəbər verir".

Yusif Bağırzadə deyib ki, Azərbaycanı Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməkdə günahlandırmaq da absurd iddiadan başqa bir şey deyil:

"Belə ki, 30 illik işğal zamanı ərazilərimizdə törədilən dağıntı, qanunsuz məskunlaşmalar və təbii sərvətlərin talan olunması ilə bağlı beynəlxalq missiyaların səfərini Ermənistan hər zaman əngəlləyib. Hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da təhrif edib. Azərbaycan isə antiterror tədbirlərindən sonra BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilir".

Yusif Bağırzadə bildirib ki, BMT missiyası qeyri-qanuni erməni silahlı qüvvələrinin silah-sursatının müsadirə edilməsi prosesini də, Laçında nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini də müşahidə edərək Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik ediblər və bunun da öz hesabatlarında təsdiqləyiblər:

"BMT missiyasının hesabatını qulaqardına vuran AŞPA isə uzun illər ərzində üzvü olan bir ölkənin, yəni, Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumduğu kimi indi də həqiqətlərə göz yumaraq Azərbaycanı hədəf alan Qətnamə qəbul edir.

Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək".

Süleyman
Xəbəri paylaş